ABŞ prezidentliyinə namizəd Tramp noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə İranla dostluq münasibətləri qurmaq niyyətindədir.
Eyni zamanda, Tehran nüvə silahına malik ola bilməz, – deyə o əlavə edib.
Bu mətbuat konfransı zamanı Donald Tramp Çinlə bağlı oxşar bəyanatla çıxış edərək, yenidən seçiləcəyi təqdirdə Çinlə münasibətləri yaxşılaşdıracağını vəd edib. Respublikaçının fikrincə, bunun üçün Vaşinqton Pekinin hörmətini qazanmalıdır.