Vətəninfo.az xəbər verir ki, dünən ABŞ prezidenti Donald Tramp məşhur amerikalı jurnalist Hyu Hevitlə müsahibəsində İran, Çin, Ukrayna və digər mövzuları müzakirə edib.
ABŞ prezidenti müsahibədə İranla bağlı deyib: “Hansı ölkə olmasının fərqi yoxdur, əgər kimsə ABŞ prezidentini incitsə, onlar da inciyəcəklər. İranla razılaşma çox sadədir. Mən İranla güclü, yoxlanıla bilən razılaşmaya üstünlük verirəm”.
İranın nüvə proqramı barədəki suala cavab olaraq Tramp qeyd edib: “Razılaşma olmasa, onları partladacağım, ya da nüvə obyektlərini məhv edəcəyik. İranın başqa seçimi yoxdur”.