image-1backend

Tramp kütləvi ixtisarlara start verdi

image-reklam_sirab_01

ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentinin miqyasını kökündən azaltmaq istəyir ki, bu da onun daha az diplomat, daha az səfirlik və daha dar səlahiyyətlərə malik olması ilə nəticələnəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə POLITICO məlumat yayıb.

Nəşr ixtisar oluna biləcək konsulluqların siyahısını əldə edib, o cümlədən Renn, Lion, Strasburq, Bordo (Fransa), Düsseldorf, Leypsiq, Hamburq (Almaniya), Florensiya (İtaliya), Ponta Delqada (Portuqaliya) və Belu Horizonte (Braziliya) konsulluqlarda kütləvi ixtisarlar aparılacaq.

Hələlik neçə səfirliyin bağlanacağı bəlli olmasa da, dövlət katibi Marko Rubio sayının əhəmiyyətli dərəcədə azaldılmasına hazır olduğunu bildirib.

Səfirliklərin azaldılması konsulluqların bağlanmasından daha mürəkkəbdir, çünki bir çox səfirliklərdə ticarət və hətta kənd təsərrüfatı ofisləri də daxil olmaqla, ABŞ hökumətinin digər funksiyaları var.Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Ceyms Hewitt Dövlət Departamentindəki dəyişiklikləri maliyyə məsələləri ilə əsaslandırıb.”Bizim 36 trilyon dollar borcumuz var”, – o vurğulayıb.

POLITICO-nun məlumatına görə, ABŞ administrasiyası bu addımı ilə Dövlət Departamentinin diqqətini hökumət sazişlərinin bağlanmasına, ABŞ-ın təhlükəsizliyinin təmin edilməsinə, eləcə də ölkəyə xarici investisiyaların cəlb edilməsinə yönəltməsini təmin etmək niyyətindədir.

Nəşrin mənbəsinin məlumatına görə, Dövlət Departamentinin İcraçı Katibliyi Müdafiə Nazirliyi, Mərkəzi Kəşfiyyat İdarəsi, Ədliyyə və Daxili Təhlükəsizlik Departamentləri və digər departamentlərdən ABŞ səfirliklərini işlərinin əhəmiyyətinə görə sıralamağı xahiş edib.

Mənbə qeyd edib ki, idarə və agentliklər səfirlikləri 0-dan 10-a kimi qiymətləndirməlidir.Bu təşəbbüsün tərəfdarlarının fikrincə, belə transformasiya ABŞ-ın maraqlarına daha yaxşı xidmət edən daha mərkəzləşdirilmiş, lakin çevik xarici xidmətə gətirib çıxaracaq.

Lakin tənqidçilər deyirlər ki, islahatlar ABŞ-a uzunmüddətli perspektivdə zərər verə bilər, xüsusən də son illərdə bütün dünyada diplomatik qurumlarının sayına görə ABŞ-ı üstələyən Çinlə rəqabət aparır. Yanvarın 20-də Trampın andiçmə mərasimindən qısa müddət sonra Hökumətin Səmərəliliyi İdarəsi (DOGE) ABŞ-ın büdcə xərclərinin geniş miqyaslı auditinə başladı. Maskın təşəbbüsü ilə Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) sonrakı yenidən təşkili məqsədi ilə fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image