image-1backend

Tramp Meksika, Kanada və Çindən idxal olunan mallara rüsumlar tətbiq edəcək

image-reklam_sirab_01

ABŞ Meksika və Kanadadan idxala 25%, Çindən idxala isə 10% rüsum tətbiq edəcək. Vətəninfo.az-ın məlumatına görə , bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün Truth sosial sosial platformasında məlumat verib.

Tramp andiçmə mərasimindən dərhal sonra yanvarın 20-də bütün lazımi sənədləri imzalayacağını vəd edib. Onun sözlərinə görə, tariflər ABŞ-a narkotik vasitələrin, xüsusilə də fentanilin idxalı, eləcə də qeyri-qanuni miqrant axını dayandırılana qədər qüvvədə olacaq.

“Həm Meksikanın, həm də Kanadanın bu çoxillik problemi asanlıqla həll etmək üçün mütləq hüququ və səlahiyyəti var. Biz onlardan bu səlahiyyətdən istifadə etmələrini tələb edirik və bunu edənə qədər onlar çox ağır bədəl ödəyəcəklər”, – o yazıb.

ABŞ-ın yeni seçilmiş prezidenti həmçinin Çin tərəfi ilə narkotik problemini dəfələrlə müzakirə etdiyini, lakin bunun heç bir nəticə vermədiyini bildirib.

“Çin rəsmiləri mənə dedilər ki, bu işlə məşğul olan istənilən narkotik alverçisinə ən yüksək cəzanı, edam cəzasını verəcəklər, lakin təəssüflər olsun ki, onlar vədlərinə əməl etməyiblər və narkotiklər ölkəmizə, əsasən, Meksikadan keçməklə, axır. görünməmiş bir nisbətdir.” Tramp əlavə edib.

Artıq qüvvədə olan “digər əlavə gömrük rüsumlarına” Çindən gətirilən mallar üçün əlavə 10% gömrük rüsumu əlavə olunacaq.

Reuters agentliyi qeyd edir ki, Trampın bu qərarı ticarət müharibələrinə səbəb ola bilər və həmçinin ABŞ-Meksika-Kanada azad ticarət sazişini poza bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki