Vətəninfo.az CNN telekanalına istinadən xəbər verir ki, Ağ Evdə böyük texnologiya şirkətlərinin rəhbərləri ilə şam yeməyi zamanı ABŞ prezidenti Donald Tramp ötən həftə sosial mediada yayılan sağlamlıq problemləri ilə bağlı şayiələri ələ salıb.
“Əvvəllər başıma belə bir şey gəlməmişdi. Mən bir tədbirə gedirəm və insanlar yanıma gəlib deyirlər ki, hələ də burdasan?” Mən isə deyirəm: “Onlar nə demək istəyirlər?””, – deyə Tramp zarafat edib.
Prezidentin bir neçə gün ictimaiyyətin diqqətindən kənarda qalması internetdə sui-qəsd nəzəriyyələri dalğasına səbəb olub. Sosial media onun səhhəti və mümkün problemlərini aktiv şəkildə müzakirə etməyə başlayıb.
Bununla belə, Ağ Ev sözçüsünə görə, bu müddət ərzində Tramp siyasət və administrasiya işi ilə bağlı müntəzəm görüşlər keçirib, həmçinin Daily Caller-ə bir saatlıq müsahibə verib.