Dünən keçmiş ABŞ prezidenti Donald Tramp Miçiqan ştatının Qrand Rapids şəhərində seçki kampaniyası ilə bağlı çıxışında deyib ki, onun prezidentliyi dövründə İran hökuməti müflis olub və pulu yox idi, indi isə 250 milyard dollar qazanıb.
Vətəninfo.az xəbər verir ki, Donald Tramp bildirib ki, onlar İranla və lazım olan hər kəslə məşğul olacaqlar.
“Əgər mən prezident olsam, Rusiya və Ukrayna arasındakı dəhşətli müharibəni həll edəcəyəm, III Dünya Müharibəsinin qarşısını alacağam və İrana xüsusi diqqət yetirəcəyəm”, – deyə, Tramp əlavə edib.


























