ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 21-nə planlaşdırılan mətbuat konfransını ləğv edib. Vətəninfo.az xəbər verir ki, bu barədə siyasətçi özünün “Truth” sosial şəbəkəsində yazıb. Siyasətçi əvvəlcə Corciya ştatında 2020-ci il prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına dair hesabat təqdim etməyi planlaşdırırdı.
Vəkilləri ona qarşı irəli sürülən ittihamları ləğv etmək üçün planlaşdırılan mətbuat konfransı əvəzinə “rəsmi hüquqi sənədlər şəklində” sübutlar təqdim etmək qərarına gəliblər.
“Bu mənada mətbuat konfransı artıq məcburi deyil”, – Tramp bildirib.


























