image-1backend

 Tramp onsuz da Zelenski ilə  görüşəcək – “Reuters” agentliyi

image-reklam_sirab_01

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp seçki kampaniyası zamanı onu tənqid etməsinə və Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gələ biləcəyinə şübhə etməsinə baxmayaraq, sentyabrın 27-də Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək. Vətəninfo.az-ın məlumatına görə , bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Tramp Zelenski ilə Manhettendə Tramp Tower-də görüşəcəyini açıqlayıb. 

BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a gedən Zelenski sentyabrın 26-da ABŞ prezidenti Co Bayden və vitse-prezident, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə görüşüb.

Sentyabrın 21-22-də Zelenski Demokratlar Partiyasının qubernatoru Coş Şapiro ilə Pensilvaniya ştatında silah fabrikinə baş çəkib. Səfər Trampın kampaniya komandası tərəfindən tənqid edilib. Bəzi respublikaçılar bunu Kamala Harrisin kampaniyasını dəstəkləmək üçün səfər hesab edirdilər.

“Reuters”in məlumatına görə, sentyabrın 23-də Tramp Zelenskinin Harrisin seçkilərdə qalib gəlməsini istədiyini, sentyabrın 25-də isə Ukraynanı “ölü” və “məhv edilmiş” adlandırıb. Bundan əvvəl Tramp ABŞ-ın Ukraynaya yardımını da israfçılıq kimi səciyyələndirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki