Rusiya Prezidenti Vladimir Putin 3 ildir həbsdə saxladığı ABŞ səfirliyinin əməkdaşı Mark Foqeli niyə azad edib? Görünür, Putin bu yolla amerikalı həmkarı Donald Trampla dialoq körpüləri qurmaq istəyir. Halbuki, Putin Co Baydenin “vətəndaşımızı azad edin” xahişlərini qulaqardına vururdu. Təsadüfi deyil ki, Ağ Evin hazırki sahibi Putinin ABŞ vətəndaşını azad etmək qərarını yüksək qiymətləndirib. Yayılan xəbərlərə görə, Putin Rusiya həbsxanasında olan daha bir ABŞ vətəndaşını azad etməyə hazırlaşır. Putinin ABŞ vətəndaşlarını azad etməsi Trampın ölkə içində və xaricində mövqelərini gücləndirəcək. Trampın hədələrinin işlədiyi görüntüsü yaranıb. Bundan sonra Trampda Putini Ukraynada atəşkəsə razı salmaq inamı da güclənəcək.
Elxan Şahinoğlu
Politoloq