Vətəninfo.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Parisdə 2019-cu ildə böyük yanğın nəticəsində dağılan Notr-Dam kilsəsinin açılışında iştirak etmək üçün Fransaya gedəcək. Bu, Trampın noyabrda seçildikdən sonra ilk xarici səfəri olacaq.
Yanvarın 20-də ABŞ prezidenti kimi fəaliyyətə başlayacaq Tramp özünün Truth Social sosial platformasında kafedralın bərpasına görə Fransa prezidenti Emmanuel Makron hökumətini tərifləyib.
“Şənbə günü Fransanın Paris şəhərinə 5 il əvvəl dağıdıcı yanğından sonra tam bərpa edilmiş möhtəşəm və tarixi Notr-Dam Katedralinin yenidən açılışında iştirak etmək üçün gedəcəyimi elan etməkdən şərəf duyuram. Prezident Emmanuel Makron bunu edib. Notr-Dam Katedralinin bütün əzəməti ilə bərpa olunmasını təmin etmək üçün gözəl bir işdir və bu, hər kəs üçün çox xüsusi bir gün olacaq”, – Tramp yazıb.