image-1backend

Tramp prezident seçilsə nə baş verəcək?

image-reklam_sirab_01

NATO nümayəndələri Donald Trampın bu il noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə alyansın gələcəyi üçün alternativ uzunmüddətli plan hazırlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Politico” jurnalı məlumat yayıb. Nəşrin yazdığına görə, Tramp administrasiyasının hakimiyyətə gələcəyi təqdirdə Avropaya daha skeptik münasibət bəsləyəcəyi gözlənilir. Bu kontekstdə NATO üç əsas məsələyə diqqət yetirəcək.

Tramp qarşıdan gələn seçkilərdə qalib gəlsə, NATO müttəfiqləri onunla münasibətlərini aydınlaşdırmağa çalışacaq, alyans daxilində ziddiyyətlərə yol verməmək üçün əllərindən gələni edəcəklər. Alyans Avropa ölkələri üçün hərbi xərcləri artırmağı və daha sonra Tramp administrasiyasının alyansın işlərinə lazımsız müdaxiləsindən qaçmaq üçün yeni “yaradıcı diplomatik və hüquqi addımlar” hazırlamağı planlaşdırır. Lakin NATO qorxur ki, hətta onların hazırladığı alternativ layihə də Trampın şəxsi şıltaqlığına düşə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki