Respublikaçılar Partiyası noyabrın 5-nə təyin edilmiş ABŞ prezident seçkilərində Donald Trampı prezidentliyə namizəd kimi rəsmən irəli sürülüb. Vətəninfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
ABŞ-ın keçmiş prezidenti Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaq üçün yetərincə səs toplayıb.
Bundan əvvəl Tramp ABŞ-ın vitse-prezidentliyinə namizəd kimi Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi seçdiyini açıqlamışdı.