image-reklam-veteninfo
image-1backend

Tramp-Putin danışıqlarının heyəti açıqlanıb

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Alyaska ştatının Ankoric şəhərinə hansı heyəti aparacağı məlum olub.

Ağ Evin məlumatına görə, Tramp özü ilə Dövlət katibi Marko Rubio, maliyyə və ticarət nazirləri Skott Bessent və Hovard Lutnik, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və xüsusi elçi Stiven Uitkoffu aparacaq.

Trampın nümayəndə heyətinə həmçinin ABŞ protokolunun rəhbəri Monika Krouli, Ağ Evin aparat rəhbəri Syuzan Uayls, onun müavinləri Ceyms Bleyr, Bo Harrison, Den Skavino, kommunikasiyalar üzrə direktor, ABŞ Prezidentinin katibi və köməkçisi Stiven Çun, Karolin Levitt və Nik Luna daxildir. Trampın spikeri Ross Vorthington və köməkçisi, Ağ Ev aparatının icraçı katibi Vill Scharf da onunla birlikdə Ankoricə uçur.

Xatırladaq ki, Tramp-Putin görüşü bu axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov daxildir. Rusiyanın müdafiə naziri Andrey Belousov və maliyyə naziri Anton Siluanov da sammitdə iştirak edəcək.

Rusiyanın xüsusi nümayəndəsi Kirill Dmitriyev də sammitə qoşulacaq. Rusiyanın RDIF suveren sərvət fonduna rəhbərlik edən Dmitriyev əvvəllər Trampın xüsusi nümayəndəsi Steve Uitkoff ilə danışıqlar aparıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki