ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin tamamilə dəli olduğunu deyib.
Vətəninfo.az xəbər verir ki, bu bəyanatdan əvvəl Rusiya Ukraynaya kütləvi zərbələri endirib.
Tramp özünün Truth sosial platformasında Putini tənqid edib.
“Rusiya prezidenti Vladimir Putinlə həmişə çox yaxşı münasibətim olub, amma ona nəsə olub. O, tamamilə dəli olub. O, lazımsız yerə çox adam öldürür və mən təkcə əsgərlərdən danışmıram. Raketlər və pilotsuz təyyarələr səbəbsiz yerə Ukrayna şəhərlərini vurur. Mən həmişə demişəm ki, o, sadəcə bir hissəsini deyil, Bütün Ukraynanı istəyir və bəlkə də bu doğrudur, amma bunu etsə, bu, Rusiyanın məhvinə səbəb olacaq”, – Tramp yazıb.
Eyni yazıda ABŞ prezidenti mayın 25-də səhər saatlarında “Amerikanın susması” və başqalarının səssizliyinin Putini hücumlarını davam etdirməyə sövq etdiyini bəyan edən Ukrayna prezidenti Vladimir Zelenskini də tənqid edib.Eynilə, prezident Zelenski də onun kimi danışmaqla ölkəsinə heç bir xeyir vermir”. Ağzından çıxan hər şey problem yaradır. “Bu, mənim xoşuma gəlmir və dayansa, yaxşı olardı”, – Tramp əlavə edib.Öz növbəsində CNN xəbər verir ki, Truth Social platformasındakı paylaşımdan saatlar əvvəl Tramp jurnalistlərə Putindən razı olmadığını bildirib. “Putinin gördüyü iş məni qane etmir”. “O, çox adam öldürür və mən Putinə nə baş verdiyini bilmirəm.ABŞ prezidenti jurnalistlərə Rusiyaya qarşı sanksiyaların tətbiqini nəzərdən keçirdiyini də bildirib.Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, mayın 25-nə keçən gecə Rusiya Ukrayna ərazisinə müxtəlif tipli 367 raket və pilotsuz uçuş aparatı atıb. Ölkədə uşaqlar da daxil olmaqla azı 12 nəfər həlak olub. Onlarla insan yaralanıb. Mayın 24-nə keçən gecə isə Rusiya Kiyevə və Ukraynanın digər bölgələrinə zərbələr endirib. Bir nəfər ölüb, 15 nəfər yaralanıb. Ukrayna Hərbi Hava Qüvvələri ölkəyə 15 ballistik raket və 250 pilotsuz təyyarənin buraxıldığını, onlardan 245-inin vurulduğunu bildirib.