image-reklam-veteninfo
image-1backend

Tramp: Putin və Zelenski ortaq məxrəc tapmalıdırlar

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin başa çatdırılması üçün ortaq məxrəcə gəlməli olduqlarını bildirib.

“News.am” xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

ABŞ lideri iki prezident arasında münasibətlərin gərginliyinə diqqət çəkərək bildirib ki, tərəflər fikir ayrılıqlarını aradan qaldırmalı və razılığa gəlməlidirlər.

“Qulaq asın, onlar ortaq məxrəc tapmalıdırlar. Bu iki şəxs bir-birinə nifrət edir və yola getməlidirlər”, – deyə Tramp qeyd edib.

Məlumatda həmçinin xatırladılıb ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Moskva ilə Kiyev arasında danışıqların 2022-ci ildə, demək olar ki, yekunlaşdığını iddia edib.

Putinin sözlərinə görə, Rusiya qoşunlarının Kiyev ətrafından çıxarılmasından sonra Ukrayna tərəfi əldə olunmuş razılaşmalardan geri çəkilib. O, daha sonra Zelenskinin Rusiya ilə danışıqları qadağan edən qərar qəbul etdiyini bildirib.

Qeyd edək ki, Ukrayna müharibəsinin dayandırılması ilə bağlı mümkün danışıqlarda Moskva və Kiyevin mövqeləri, eləcə də təhlükəsizlik təminatları və ərazi məsələləri əsas müzakirə mövzuları olaraq qalır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki