ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Vaşinqtondan Alyaskaya yola düşüb.
Vətəninfo.az xəbər verir ki, təyyarənin göyərtəsində dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik və başqaları var.