ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynada davam edən müharibə ilə bağlı onunla görüşməkdə maraqlı olduğunu açıqlayıb. Tramp isə xəbərdarlıq edib ki, görüşü gözləmək lazımdır.
Vətəninfo.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.”Prezident Putin mənimlə tez bir zamanda görüşmək istədiyini söylədi. Biz bunu gözləməliyik, lakin bu müharibəni bitirməliyik. Dəhşətli müharibədir, dəhşətlidir”, – deyə Tramp Arizonada Amerika Fest konfransında bildirib.Tramp bir daha bəyan edib ki, o vaxt ABŞ prezidenti olsaydı, Rusiya-Ukrayna münaqişəsi baş verməzdi. Prezident seçkiləri kampaniyası zamanı Donald Tramp dəfələrlə bəyan edib ki, seçiləcəyi təqdirdə müharibəni 24 saat ərzində bitirəcək. Bu yaxınlarda Donald Tramp ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiya ərazisinə dərin zərbələr endirməyə imkan verən siyasət dəyişikliyini tənqid edib.Dekabrın 19-da Putin Trampla “istənilən vaxt” görüşməyə hazır olduğunu bildirib.