ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp amansız qatilləri və təcavüzkarları edam etmək üçün hər şeyi edəcəyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki,o, bu barədə “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.“Mən andiçmə mərasimimdən dərhal sonra Ədliyyə Departamentinə amerikalı ailələri qəddar təcavüzkarlardan, qatillərdən və canavarlardan qorumaq üçün ölüm hökmü tətbiq etməyə göstəriş verəcəyəm”, o yazıb.
Ağ Evin yeni rəhbəri ABŞ-ın yenidən qanun və nizam-intizam ölkəsinə çevriləcəyinə söz verib.