Çarlz Kuşnerin (ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın qızı İvanka Trampın qayınatası) Birləşmiş Ştatların Fransadakı səfiri təyin edilməsi bu ölkəyə xüsusi münasibətin olması ilə bağlıdır.
Bunu Donald Tramp “Paris Match” qəzetinə müsahibəsində bildirib.
“Bəli, bu, xüsusi münasibətdir. O, İvankanın qayınatası və mənim çox yaxşı dostum olmaqla yanaşı, həm də çox istedadlı və zərif insandır. Ç.Kuşner bu missiyadan məmnundur”, – Tramp vurğulayıb.
O, həmçinin qeyd edib ki, iki ölkə arasındakı münasibətlərdə ticarət, müdafiə və Ukrayna böhranı ilə bağlı məsələlər prioritet olacaq.
Ç.Kuşnerin böyük oğlu Cared Kuşner Trampın birinci prezidentlik müddətində onun baş müşaviri olub.