ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasından ABŞ prezidenti postuna namizəd olmağa razı olduğunu açıqlayıb. Vətəninfo.az xəbər verir ki, Amerika KİV-ləri xəbər verir ki, o, bunu Respublikaçıların Milvokidə (Viskonsin ştatı) qurultayında çıxışı zamanı deyib.
“Mən Amerikanın yarısı deyil, bütün Amerika üçün prezidentliyə namizədəm.
Çünki Amerikanın yarısında qalib gəlsəniz, qalibiyyət yoxdur.
Ona görə də bu gün inam, fədakarlıq və qürurla mənim ABŞ prezidenti vəzifəsinə namizədliyimi irəli sürmək təklifinizi qəbul edirəm”, – deyə siyasətçi bildirib.