ABŞ Prezidenti Donald Tramp bu gün Rusiyada keçiriləcək görüşdən sonra Rusiya neftindən istifadə edən ölkələrə əlavə tariflər tətbiq edib-etməyəcəyini nəzərdən keçirəcək. Bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
“Rusiya ilə görüşümüz var. Nə baş verdiyini görəcəyik. Qərarı da o zaman verəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, Trampın xüsusi elçisi Stiv Uitkof Rusiyaya səfər edib.
Tramp daha əvvəl Rusiyadan neft alan ölkələrə rüsumla yanaşı ikinci dərəcəli tarif tətbiq edəcəyini bildirib. Bu isə Çindən və Hindistandan idxal olunan mallar üçün vergilərin məbləğini kəskin şəkildə artıra bilər.