Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ-Səudiyyə Ərəbistanı-Suriya onlayn görüşündə iştirak edib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Suriya Prezidenti Əhməd Əl Şaara onlayn formatda görüş keçirib.
***
11:40
ABŞ Prezidenti Donald Trampla Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında görüş başlayıb.
Bu barədə AFP məlumat yayıb.
Görüş Səudiyyə Ərəbistanında keçirilir.