image-reklam-veteninfo
image-1backend

Tramp təkzib etdi: İran yalan danışır

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp öz kəşfiyyat mənbələrinə istinadən Amerikanın hava hücumlarının İranın nüvə proqramının kritik komponentlərini aradan qaldıra bilmədiyi barədə məlumat verən bir sıra Amerika KİV-lərini tənqid edib. Vətəninfo.az xəbər verir ki , Tramp bu mövzuda Truth Social platformasında yazıb.

“Fake News CNN uğursuz New York Times ilə birlikdə tarixin ən uğurlu hərbi zərbələrindən birini azaltmağa cəhd edib. İranın nüvə obyektləri tamamilə məhv edilib”, – ABŞ prezidenti yazıb.

CNN ABŞ kəşfiyyatına istinadən zənginləşdirilmiş uran ehtiyatının zədələnmədiyini bildirib. Digər mənbələr ABŞ-ın zərbələrinin nüvə proqramının əsas komponentlərini aradan qaldırmadığını və nüvə proqramının inkişafını yalnız bir neçə ay gecikdirdiyini bildirdi.

İyunun 22-nə keçən gecə Birləşmiş Ştatlar İranın Natanz, Fordo və İsfahan nüvə obyektlərinə zərbələr endirib, İsrail və İran arasında iyunun 13-də başlayan münaqişədə birbaşa iştirak edib.İyunun 24-də ABŞ prezidenti İsrail və İran arasında atəşkəs razılaşmasının əldə olunduğunu bəyan edib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki