ABŞ prezidenti Donald Tramp Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə “gözəl söhbət” etdiyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Agentliyin xəbərinə görə, Tramp bunu kişi tennisçilər arasında keçirilən ABŞ Açıq Çempionatının finalına yollanmaq üçün Ağ Evi tərk edərkən jurnalistlərə bildirib.
ABŞ prezidenti həmçinin Qazaxıstana səfər etmə ehtimalını da istisna etməyib. Onun sözlərinə görə, Tokayevlə bağlı suala belə cavab verib:
“Bunu edə bilərəm. Ona salamlarımı çatdırın. O, yaxşı insandır”.
Qeyd edək ki, bu ayın əvvəlində Qazaxıstanın baş nazirinin müavini və milli iqtisadiyyat naziri Serik Jumanqarin ABŞ-la ticarət-iqtisadi əlaqələrin inkişafının ölkənin xarici siyasətində prioritet olduğunu bəyan etmişdi.