image-1backend

Tramp  Ukrayna və Rusiya ilə  danışıqlara başlayır

image-reklam_sirab_01

ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib ki, onun administrasiyası Ukrayna, Rusiya və “müxtəlif tərəflərlə” “görüşlər və danışıqlar” planlaşdırıb.

Vətəninfo.az xəbər verir ki,bu barədə CNN məlumat yayıb.

“Biz Ukrayna və Rusiya ilə məşğul oluruq, müxtəlif tərəflərlə, o cümlədən Ukrayna və Rusiya ilə görüşlərimiz və danışıqlarımız planlaşdırılır”, – Tramp Endryus Birgə Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə deyib.

Bundan əvvəl ABŞ prezidenti bəyan etmişdi ki, Amerika tərəfi Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı Rusiya tərəfi ilə əlaqə saxlayır. O, müharibənin dayandırılması üçün əlindən gələni edəcəyini bəyan edib.

“Rusiya ilə çox ciddi müzakirələr aparırıq”, – Tramp Ağ Evdə jurnalistlərə deyib və bu təmasların hansı səviyyədə olduğunu açıqlamayıb.

O, Rusiya prezidenti Vladimir Putinlə danışmağa ümid etdiyini də dəfələrlə bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image