Vətəninfo.az xəbər verir ki, qısa fasilədən sonra ABŞ Ukraynaya silah tədarükünü bərpa edib . Kiyevə yardımın bərpası fevralın əvvəlində baş tutub , məsələ ilə bağlı məlumatlı mənbələr Reuters agentliyinə bildiriblər . Onların sözlərinə görə , prezident Donald Trampın administrasiyası Ukraynaya yardımı dayandırmaq barədə ilkin ideyadan imtina edib . Bununla belə , Ağ Ev rəsmiləri Amerika ehtiyatlarından nə qədər hərbi yardımın göstəriləcəyi ilə bağlı fikir ayrılığına malikdirlər , agentliyin həmsöhbətlərindən biri qeyd edib .
Konqresdəki mənbənin The Washington Post qəzetinə verdiyi məlumata görə , Tramp ABŞ – ın digər ölkələrə yardımını 90 gün müddətinə dayandıran sərəncamla Kiyevə silah tədarükünü dayandırıb . Dövlət Departamenti bildirib ki , sərəncam ilk növbədə Ukraynaya hökumət büdcəsi dəstəyi , humanitar yardım və inkişaf yardımı çərçivəsində on milyardlarla dollar göndərən ABŞ – ın Beynəlxalq İnkişaf Agentliyinə ( USAID ) aiddir Ukraynaya verilən hərbi yardıma Trampın sərəncamı ilə qoyulan məhdudiyyətlər daxil deyil . Ukrayna prezidenti Vladimir Zelenski də qeyd edib ki , Trampın əmri hərbi yardıma aid deyil və yalnız humanitar proqramlara aiddir . Bununla belə , Reuters – in yazdığı kimi , Tramp administrasiyasının Ukraynaya silah tədarükünün dayandırılmasını və sonradan bərpasını rəsmən tanıyıb – tanımayacağı bəlli deyil .
Dövlət Departamentinin məlumatına görə, Rusiyanın genişmiqyaslı işğalının başlanğıcından 2025-ci ilə qədər: ABŞ Kiyevə 66 milyard dollar, 2014-cü ildən isə təxminən 70 milyard dollar hərbi yardım edib. Zelenski Ukraynanın aldığı silahların miqdarını təxminən 76 milyard dollar qiymətləndirib. Tramp da öz növbəsində 200 milyard dollarlıq silah veriləcəyini açıqlayıb. O, həmçinin Ukrayna hakimiyyəti ilə müqavilə imzalamağa hazırlaşdığını və bu müqaviləyə əsasən, Kiyevin nadir torpaq metalları müqabilində Amerika yardımı alacağını açıqlayıb.