image-1backend

Tramp: Ukraynaya sülhməramlı yerləşdirəcəyik

image-reklam_sirab_01

ABŞ prezidenti Donald Tramp Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsini zəruri hesab edir. Vətəninfo.az xəbər verir ki, bu barədə  Reuters xəbər verir.

Eyni zamanda, onlar hər iki döyüşən tərəf üçün məqbul bir şəkildə orada olmalıdırlar, deyə o əlavə edib.

“Bizə sülhməramlı qüvvə lazımdır… hər kəs üçün məqbul olan tərzdə”, – Tramp deyib.

O bildirib ki, gələcəkdə Ukraynaya yardım göstərmək məsuliyyəti ABŞ-ın deyil, Avropanın üzərinə düşməlidir: “Məncə, Avropa buna görə tam məsuliyyət daşıyacaq”.

Tramp Rusiya ilə nadir torpaq metalları üzrə saziş ideyasını dəstəklədiyini açıqlayıb. O, əlavə edib ki, ABŞ Rusiyadan faydalı qazıntılar almaq istəyir.

Dünən Rusiya prezidenti Vladimir Putin alüminium və nadir torpaq metalları üzrə Rusiya-Amerika birgə layihələri ideyasını nəzərdən keçirməyi təklif edib.

Tramp həmçinin bildirib ki, gələcəkdə Rusiyaya qarşı sanksiyaları ləğv etməyi düşünür, lakin hələlik onlar qüvvədədir. “Düşünürəm ki, nə vaxtsa bu baş verəcək, amma indi biz heç kimə qarşı sanksiyaları ləğv etmək barədə razılığa gəlməmişik”, – Tramp Rusiyaya qarşı sanksiyaların ləğvinin müzakirə edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

Avropa ölkələri Ukraynaya əhəmiyyətli yardım göstərəcək, ABŞ hazırda ona heç nə göndərmir, Tramp Oval kabinetdə jurnalistlərlə söhbətində deyib.

Trampa gələcəkdə Ukraynaya dəstək verib-verməyəcəyi soruşulub. “Hesab edirəm ki, bütövlükdə Avropa buna görə məsuliyyət daşıyacaq”, – deyə o bildirib. “Bilirsiniz, bu [Ukraynaya yardım] Avropaya da aiddir”.

“Rusiya ilə çox yaxşı danışıqlarımız olub, Ukrayna ilə çox yaxşı danışıqlarımız olub”, – o vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Rusiyadan faydalı qazıntılar almaq istəyir. “Mən Rusiyadan faydalı qazıntılar almaq istərdim”.

ABŞ prezidenti təkid edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Amerikanın Kiyevə yardımı olmadan ən qısa müddətdə başa çatacaq. “ABŞ, onun pulu və hərbi texnikası olmasa, bu müharibə çox qısa müddətdə bitəcək”, – Tramp bildirib.

“Mən prezident Putinlə danışdım və düşünürəm ki, o, bunu həll etmək istəyir”, – deyən Tramp,
əlavə edib ki, ABŞ və Rusiya hökumətləri razılığa gələnə qədər Ukrayna silahlı qüvvələri döyüşü davam etdirmək üçün kifayət qədər silaha malik olmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image