image-reklam-veteninfo
image-1backend

Tramp Ukraynaya yardımı dayandırmağı təklif etdi

image-reklam-veteninfo

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vaşinqtona Ukraynanı maliyyələşdirməyi dayandırmağı təklif edib. Trampın sözlərinə görə, Avropa Kiyevi dəstəkləmək üçün Amerikadan xeyli az pul xərcləyir.
“Avropa ABŞ-ın Ukraynaya və onun müdafiəsinə xərclədiyi pula uyğun gəlməyincə, Ukraynaya artıq pul göndərilməməlidir”. –Vətəninfo.az xəbər verir ki, bunu  Tramp Truth sosial şəbəkəsində yazıb.

Sabiq prezident qeyd edib ki, o, ABŞ-ın xərclərini 175 milyard dollar dəyərində qiymətləndirir. Tramp həmçinin Bayden administrasiyasına Kiyevin avropalı müttəfiqlərinin investisiyalarının bərabərləşdirilməsinə nail olmağı təklif edib.

2022-ci il fevralın 24-də başlayan xüsusi əməliyyat başlayandan bəri ABŞ və Qərb ölkələri Ukraynaya aktiv şəkildə yardım göndərir. Lakin 2023-cü il oktyabrın 1-də ABŞ prezidenti Co Bayden hökumətin Kiyevə yardımı nəzərdə tutmayan 45 günlük müvəqqəti büdcəsini təsdiqləyib. Nəticədə Ukrayna 24 milyard dollar itirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki