image-reklam-veteninfo
image-1backend

Tramp Vaşinqtona hərbi qüvvə göndərməyə hazırlaşır

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Trampın administrasiyası Vaşinqton şəhərinə bir neçə yüz nəfərlik Milli Qvardiya qüvvələrinin göndərilməsini planlaşdırır. Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters agentliyi adını açıqlamayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tramp hələ yekun qərar qəbul etməyib. Hazırda göndəriləcək qüvvələrin sayı və onların konkret tapşırıqları dəqiqləşdirilir.

Agentlik qeyd edir ki, bu addım Trampın son bəyanatları ilə əlaqəli ola bilər. Belə ki, ABŞ Prezidenti yaxın günlərdə paytaxt Vaşinqtondan evsiz insanların uzaqlaşdırılacağını bildirmişdi. O, eyni zamanda vurğulamışdı ki, “cinayətkarlar köçürülməyəcək, onlar həbs olunaraq yerli cəzaçəkmə müəssisələrinə yerləşdiriləcək”.

Donald Tramp mart ayında Vaşinqton meri Müriel Bouzeri şəhərdəki evsizlərin çadır düşərgələrinin ləğvinə çağırmış, Kolumbiya dairəsinin “təmiz və təhlükəsiz” olmalı olduğunu demişdi.

Tramp oxşar addımı iyun ayında da atmışdı – o zaman Los-Ancelesə 2000 nəfərlik Milli Qvardiya qüvvəsi göndərilmişdi. Bu qərar yerli sakinlərlə federal agentlər arasında miqrasiya qanunvericiliyinə nəzarətlə bağlı baş verən toqquşmalardan sonra verilmişdi.

The Washington Post qəzetinin məlumatına əsasən, Tramp administrasiyası hakimiyyətin ilk ilində ABŞ-dan təxminən 1 milyon miqrantın deportasiyasını planlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki