image-reklam-veteninfo
image-1backend

Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan edir

image-reklam-veteninfo

Amerika prezidenti Donald Tramp sentyabrın 15-də (bu gün) bildirib ki, ölkə üzrə fövqəladə vəziyyət elan edə və Vaşinqtonu federallaşdıra bilər. Vətəninfo.az xəbər verir ki, onun bu açıqlaması, şəhər meri Muriel Bouzerin polis idarəsinin Gömrük və Miqrasiya Xidmətləri (ICE) ilə əməkdaşlıq etməyəcəyini bildirməsindən sonra səslənib.

Müzakirənin mərkəzində ABŞ-a qanunsuz yollarla daxil olan və ya orada yaşayan şəxslərlə bağlı məlumatların toplanması dayanır. Analitiklər hesab edirlər ki, D.Trampın bu bəyanatı onun yenidən federal səlahiyyətləri aşdığını göstərir.

Xatırladaq ki, avqust ayında prezident D.Tramp paytaxta Milli Qvardiya bölmələrini yerləşdirmişdi. Ardınca minlərlə etirazçı küçələrə axın edərək etiraz aksiyası keçirib. D.Tramp həmin qərarı “qanun, nizam və ictimai təhlükəsizliyi bərpa etmək” məqsədilə aldığını bildirərək, şəhərdə artan cinayət səviyyəsini yük kimi dəyərləndirmişdi.

O, bu barədə “Truth Social” platformasında yazıb: “Sadəcə bir neçə həftə ərzində şəhər yenidən canlandı… On illərdən bəri ilk dəfə demək olar ki, HEÇ BİR CİNAYƏT YOXDUR!” Prezident D.Tramp həmçinin əlavə edib ki, “radikal sol demokratlar” M.Bouzerə ICE ilə əməkdaşlıq etməməsi üçün təzyiq göstəriblər.

Qeyd edək ki, ölkənin 50 ştatında da olan Milli Qvardiya öz əyalətlərinin qubernatorlarına tabedirlər. Lakin federal xidmətə çağırıldıqları halda birbaşa prezidentə bağlı olurlar. Təkcə Kolumbiya ştatının Milli Qvardiyası birbaşa prezidentə hesabat verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki