ABŞ prezidenti Donald Tramp Vaşinqtondakı yüksək cinayət səviyyəsini tənqid edərək, şəhərin federal nəzarətə keçə biləcəyi ilə hədələyib.
Vətəninfo.az xəbər verir ki, o bildirib ki, şəhərdə cinayətkarlıq ciddi həddə çatıb və bu, əsasən azyaşlı yeniyetmələr və dəstə üzvləri tərəfindən törədilir: “14, 15, 16 yaşlı yerli yeniyetmələr və banda üzvləri təsadüfi vətəndaşlara hücum edir, onları qarət edir, xəsarət yetirir və güllələyirlər. Onlar bilirlər ki, demək olar, dərhal azadlığa buraxılacaqlar”.
Tramp əlavə edib ki, əgər şəhər rəhbərliyi vəziyyəti tezliklə düzəltməzsə, hökumət məcbur olub Vaşinqtonu federal nəzarətə götürəcək: “Bizim başqa çıxış yolumuz qalmayacaq. Şəhəri düzgün şəkildə idarə etməli olacağıq ki, cinayətkarlar artıq heç nəyin cəzasız qalmayacağını başa düşsünlər”.