image-reklam-veteninfo
image-1backend

Tramp və həyat yoldaşı Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya ilə birlikdə Papa Fransiskin dəfn mərasiminə qatılacağını açıqlayıb. Vətəninfo.az xəbər verir ki , bu barədə ABŞ lideri Truth Social platformasında yazıb.

“Melaniya və mən Romada baş tutacaq Papa Fransiskin dəfn mərasimində iştirak edəcəyik”. ABŞ prezidenti yazıb: “Biz orada olmağı səbirsizliklə gözləyirik”.

Daha əvvəl Tramp qeyd edib ki, Papa Fransisk “yaxşı insan, çalışqan və dünyanı sevən” idi. 

Dəfn mərasimi Trampın prezident kimi ikinci müddətində ilk beynəlxalq səfəri olacaq.

Tramp 2017-ci ilin mayında, prezident kimi ilk müddətində Papa Fransisklə Vatikanda görüşüb. 

Vatikan dəfn tarixini və ya rəsmi planlarını açıqlamayıb, lakin Papanın dəfn mərasiminin onun ölümündən 4-6 gün sonra keçiriləcəyi gözlənilir. Rəsmi vida mərasimi ənənəvi olaraq Müqəddəs Pyotr meydanında keçirilir. 

Papa Fransiskin vəsiyyətinə əsasən, o, Romadakı dörd əsas kafedral kilsədən biri olan Santa Maria Maggiore Bazilikasında dəfn ediləcək.

Katolik kilsəsinə 12 ildən artıq rəhbərlik etmiş 88 yaşlı Papa Fransisk (Xorxe Mario Berqoglio) aprelin 21-də səhər tezdən, yerli vaxtla saat 07:35-də Vatikanda Santa-Martadakı iqamətgahında vəfat edib. 

Aprelin 20-də dünyanın müxtəlif ölkələrində katolik, protestant və pravoslav xristianlar Məsihin dirilməsi bayramını qeyd edərkən, Papa Müqəddəs Pyotr meydanında xalqı salamlayıb və bu, onun ölümündən əvvəl xalq qarşısında son çıxışı olub. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki