Dünən İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ-nin yeni prezidenti Donald Tramp arasında telefon danışığı olub. Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi xəbər verib.
Məlumata görə, 20 dəqiqə davam edən danışıqlarda iki tərəf İsrailin təhlükəsizliyi üçün əməkdaşlıq etmək barədə razılığa gəlib. Eyni zamanda Netanyahu və Tramp İranın təhdidlərini müzakirə ediblər.