image-reklam-veteninfo
image-1backend

Tramp və Si Cinpin Cənubi Koreyada görüşdülər

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Cənubi Koreyada danışıqlar aparırlar.

CNN-in məlumatına görə, ABŞ və Çin liderləri ticarət sazişini müzakirə etmək üçün Busan Beynəlxalq Hava Limanının yaxınlığındakı hərbi bazada görüşüblər.

Si Cinpin qeyd edib ki, ABŞ və Çin həmişə “eyni istiqamətdə baxmırlar”, lakin sabit münasibətləri qorumalıdırlar.

Tramp Si Cinpini “dost” və “böyük lider” adlandırıb və tərəflərin gələcək ticarət sazişinin əsas prinsiplərini müzakirə edəcəyini söyləyib.

Daha əvvəl o, ABŞ-ın Rusiya və Çinin hərəkətlərinə cavab olaraq nüvə sınaqlarına başlayacağını elan etmiş, lakin Si Cinpinlə görüşü zamanı müxbirin bu barədə sualını qulaqardına vurmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki