“Donald Tramp yanvarın 20-də aniçmə mərasimindən sonra verdiyi vədləri yerinə yetirməyə başlayacaq.” – bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.
Vətəninfo.az xəbər verir ki, politoloq bildirib ki, beynəlxalq aləmin əsas diqqəti Trampın Rusiya-Ukrayna müharibəsini sona çatdırmasıyla bağlı daha əvvəl verdiyi vədi necə yerinə yetirəcəyi ilə bağlıdır.
“ABŞ-ın dərin dövləti Rusiyanın Ukraynada qələbə qazanmaması üçün çalışır, bu siyasət Ukraynanın ərazi bütövlüyünü təmin etməsə də, hər halda müharibənin Kremli xeyrinə bitməsinə əngəldir. Tramp Ukraynaya hərbi və maliyyə yardımını azaltmaq və ya tamamilə dayandırmaq yolu ilə müharibəni bitirmək istəyirsə, qarşısındakı əsas maneə məhz həmin dərin dövlət olacaq.” -deyə Elxan Şahinoğlu bildirib.