ABŞ prezidenti Donald Tramp yeni baş nazir Sanae Takaiçi ilə görüşmək üçün oktyabrın 27-də Yaponiyaya üç günlük səfər edəcək. Vətəninfo.az Nazirlər Kabinetinin baş katibi Minoru Kihara istinadən xəbər verir.
“Prezident Trampın səfəri Yaponiya-ABŞ müttəfiqliyini daha da gücləndirmək üçün son dərəcə mühüm fürsətdir” deyən Kihara, Takaiçi hökumətinin səfəri “səmimi şəkildə alqışladığını” əlavə etdi.
Kihara həmçinin ümid etdiyini bildirib ki, iki lider etimada əsaslanan şəxsi əlaqələr quracaq və Tokio və Vaşinqtonun “azad və açıq Hind-Sakit okean” yaratmaq üçün birlikdə çalışacaqlarını bir daha təsdiq edəcək.
Oktyabrın 27-dən 29-a kimi səfəri zamanı Tramp imperator Naruhito ilə də görüşəcək.
Tramp Yaponiyaya sonuncu dəfə 6 il əvvəl, birinci prezidentliyi dövründə səfər edib.
Oktyabrın 4-də hakim Liberal Demokrat Partiyasının lideri olan Takaiçi oktyabrın 21-də Şigeru İşibanı əvəz edərək baş nazir seçilib.