image-1backend

Tramp: Zelenski sülhə hazırdır

image-reklam_sirab_01

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “New York Post” qəzetinə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskinin sülhə hazır olduğunu bildirib .Vətəninfo.az xəbər verir ki,  bu barədə Tramp Parisdə Notr-Dam kilsəsinin açılış mərasimi çərçivəsində keçirilən görüşə istinadən “New York Post”a danışıb.

“O, sülh yaratmaq istəyir. Bu yeni bir şeydir. O, atəşkəs istəyir. O, sülh istəyir. Biz təfərrüatları müzakirə etməmişik, o, vaxtın gəldiyini düşünür və (Rusiya prezidenti) Putin də vaxtın çatdığını düşünməlidir, çünki 700 min insan itirəndə, vaxtdır. Sülh olana qədər bu bitməyəcək”, – Tramp telefonla “New York Post”a deyib.

“Mən bu gülünc müharibəni necə bitirmək barədə konsepsiya hazırlayıram”, – Tramp əlavə edib.

Seçkiqabağı kampaniya zamanı Tramp hakimiyyətə gəldikdən sonra 24 saat ərzində Rusiya-Ukrayna münaqişəsinə son qoyacağını dəfələrlə bəyan edib.

Öz növbəsində, “RİA Novosti” agentliyi xatırladır ki, Tramp bundan əvvəl Vladimir Zelenskinin “sövdələşmə etmək istədiyini” bəyan edib və dərhal atəşkəs və danışıqlara çağırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Trampın bəyanatından xəbərdar olduğunu bildirib və qeyd edib ki, Ukrayna dialoqdan imtina etməkdə davam edir. Peskovun sözlərinə görə, Zelenski danışıqları qadağan edən fərmanı ləğv etməli və dialoqun “yerdə ortaya çıxan reallıqları nəzərə alaraq, İstanbul razılaşmaları əsasında” bərpası barədə göstəriş verməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image