Vətəninfo.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti, qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini tarixin ən yaxşı dələduzu adlandırıb, çünki o, ABŞ-a hər səfərindən sonra Kiyevə milyardlarla dollarla qayıdır. . “Düşünürəm ki, Zelenski tarixin ən yaxşı dəlduzudur. O, hər dəfə Kiyevə gələndə 60 milyard dollarla gedir”, – Tramp Pensilvaniyada tərəfdarları ilə görüşündə deyib.
Xatırladaq ki, Zelenski ABŞ-a ötən həftə gəlib. O, sabah, sentyabrın 26-da prezident Bayden və vitse-prezident Harrislə görüşəcək.