image-reklam-veteninfo
image-1backend

Tramp, Zelenskinin Alyaskadakı görüşdə iştirakına qarşı çıxmasının səbəbini izah etdi — The Wall Street Journal    

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putinlə keçirilməsi planlaşdırılan Alyaska görüşündə Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakına qarşı çıxmasının səbəbini açıqlayıb. The Wall Street Journal (WSJ) nəşrinin yazdığına görə, Tramp Zelenskinin görüşə qatılmasının danışıqları poza biləcəyindən ehtiyat edib.

Nəşr qeyd edir ki, Avropa rəsmiləri əvvəlcə bu görüşdə birbaşa təmsil olunmağa can atıblar. Onlar NATO-nun baş katibi Mark Rutte, digər Avropa liderləri və eləcə də Zelenskinin dəvət olunmasını təklif ediblər. Görüşdə ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrovun da iştirakı planlaşdırılıb.

Lakin Almaniya kansleri Merz və Tramp arasında keçirilən telefon danışığından sonra Avropa ölkələri bu tələbdən geri çəkiliblər. Bunun əvəzində onlar açıq şəkildə Zelenskini Putinlə mümkün danışıqlarda iştirak etməyə çağırıblar, — WSJ yazır.

Mənbənin bildirdiyinə görə, danışıqlarla tanış olan şəxslər Trampın Zelenskinin əvvəldən iştirakının danışıqlara mənfi təsir edə biləcəyindən narahat olduğunu deyiblər.

Bununla belə, konfransın təşkilatçısı olan alman rəsmilərinin açıqlamasına görə, Tramp razılaşıb ki, Putinlə görüşdən sonra ilk olaraq Zelenskiyə, daha sonra isə görüşdə iştirak edən Avropa liderlərinə məlumat verəcək.

Daha əvvəl The Telegraph yazmışdı ki, Tramp guya sülh müqabilində Putinə Alyaska və Donbasdakı təbii resurslara çıxış təklif etməyi planlaşdırır.

Eyni zamanda, bəzi KİV-lər bildiriblər ki, ABŞ-ın vitse-prezidenti Cey-Di Vens Ukrayna prezidenti Zelenskiyə və Avropa müttəfiqlərinə Vaşinqtonun Ukrayna və ya Avropanı kənarda saxlayaraq Rusiya ilə müstəqil danışıqlar aparmayacağına dair zəmanət verib.

NBC News isə məlumat verir ki, Tramp Vladimir Zelenskiyə və Avropa liderlərinə bildirib ki, Alyaskada keçiriləcək görüşdə Ukraynanın ərazi bütövlüyünün pozulması müzakirə mövzusu olmayacaq və əsas məqsəd Ukraynada atəşkəsə nail olmaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki