image-reklam-veteninfo
image-1backend

Tramp Zelenskiyə  hərbi imkanlarını real qiymətləndirməyi tövsiyə edib — Politico

image-reklam-veteninfo

ABŞ administrasiyası Ukrayna rəhbərliyinə hərbi gücünü real qiymətləndirməyi tövsiyə edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Politico nəşri Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton Kiyevdən malik olduğu döyüş qabiliyyəti çərçivəsində nəyə nail ola biləcəyini düzgün və real qiymətləndirməyi tələb edir. ABŞ rəsmisi nəşrə bildirib:

“Biz onlardan döyüş gücləri ilə nə edə biləcəkləri barədə real qiymətləndirmə aparmalarını istəyirik.”

Politico yazır ki, Tramp administrasiyası Ukraynanı daha praqmatik mövqe tutmağa çağırır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşəcəyini açıqlayıb. Daha sonra Kremlin nümayəndəsi Yuri Uşakov bu planları təsdiqləyərək, iki liderin Ukrayna münaqişəsinin uzunmüddətli həlli yollarını müzakirə edəcəyini bildirib. Kreml həmçinin görüşdən sonra növbəti sammitin Rusiyada keçirilməsini gözləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki