ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi onun seçki kampaniyasının əsas elementi olacaq və Ağ Evin hazırkı prezidenti Co Baydeni prezidentlik yarışını tərk etməyə sövq edə bilər. Bu fikri səudiyyəli jurnalist, “Al Arabiya” və “Al Hadath” telekanallarının baş direktoru Məmduh əl-Mukheyni deyib.
“Asharq al-Awsat” qəzeti üçün yazdığı məqalədə o, uğursuz sui-qəsd cəhdi nəticəsində Trampın ən güclü mövqe tuta bildiyini, Baydenin mövqeyinin isə zəiflədiyini yazır. “Əgər Bayden öz partiyasına və tərəfdarlarının böyük bir qrupuna qarşı durub, yarışı tərk etməkdən imtina edərsə, bu hadisə onu gerçəkləşmiş halı qəbul etməyə sövq edə bilər” deyə əl-Mukheini bildirib.


























