Rayan Uesli Root bu il ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı ikinci sui-qəsd cəhdində şübhəli bilinir. Vətəninfo.az xəbər verir ki, bu barədə “Fox News” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır.
“Keçmiş prezident Donald Trampa qarşı ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs Rayan Uesli Rootdur. O, Trampdan 300-500 metr aralıda idi”, – Fox News yazır.
Rutun avtomat tüfənglə silahlandığı güman edilir. Tramp qolf oynadıqdan sonra klubdan çıxarkən o, silahın lüləsini hasardan keçirib atəş açmağı bacarıb. Məqalədə deyilir ki, Məxfi Xidmət daha sonra Rutu görüb atəş açıb. Rut qaçmağı bacarsa da, sonra həbs olundu.
Tramp ona qarşı sui-qəsd faktını təsdiqləyib. xəsarət almadığını bildirib.
Onu da əlavə edək ki, Rut 2022-ci ildə X platformasında “döyüş meydanında ölməyə” hazır olduğunu və “Kremili yandırmalı olduğunu” bəyan edən onlarla paylaşım edib.
Rut 2022-ci ildə yazıb: “Mən Krakovdan uçmağa və könüllü olaraq Ukrayna sərhədinə getməyə, döyüşüb ölməyə hazıram… Qoy nümunə olum, biz qalib gəlməliyik”.
CNN yazır ki, 2023-cü ildə Rut öz Facebook səhifəsindən əcnəbiləri Ukrayna tərəfində müharibədə iştirak etməyə təşviq etmək üçün istifadə edib. O, həmçinin özünü Ukrayna hökumətinin “qeyri-rəsmi vasitəçisi” adlandırıb və Əfqanıstan hərbçilərini Ukrayna uğrunda döyüşməyə çağırıb.