Federal hökumətin əsas funksiyalarının həyata keçirilməsinin təmin edilməsinə cavabdeh olan ABŞ Ümumi Xidmətlər Administrasiyası prezident Donald Trampdan media ilə müqavilələrə xitam verilməsi barədə sərəncam alıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Axios” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Trampın sərəncamı konkret olaraq Politico, BBC, E&E və Bloomberg ilə müqavilələrə xitam verəcək.