image-reklam-veteninfo
image-1backend

Trampdan İrana silahlı mesaj: “Artıq mehriban oğlan yoxdur!”

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti dəfə sərt və mübahisəli paylaşım edib.

Musavat.com xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında paylaşdığı postda İranın nüvə sazişi ilə bağlı davranışını tənqid edib və Tehran hakimiyyətinə açıq xəbərdarlıq göndərib.

Tramp paylaşımında bildirib:

“İran özünü toparlaya bilmir. Onlar qeyri-nüvə sazişini necə imzalayacaqlarını bilmirlər. Yaxşı olar ki, tez ağıllansınlar!”

ABŞ prezidenti paylaşımın sonunda isə diqqət çəkən bir ifadə işlədib:

“Artıq mehriban oğlan yoxdur!”

Paylaşıma əlavə olunan vizualda Trampın əlində silahla, arxa planda isə partlayışların olduğu müharibə səhnəsi yer alıb. Bu görüntü sosial şəbəkələrdə geniş rezonans doğurub və Vaşinqtonun Tehrana qarşı ritorikasının daha da sərtləşdiyi kimi şərh olunub.

Trampın bu mesajı ABŞ-İran münasibətlərində davam edən gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə Hörmüz boğazı böhranı, nüvə danışıqlarının dalana dirənməsi və bölgədə artan hərbi aktivlik fonunda bu tip açıqlamalar beynəlxalq bazarlarda da diqqətlə izlənilir.

Hazırda Vaşinqton və Tehran arasında dolayı təmasların davam etdiyi barədə müxtəlif iddialar səslənsə də, tərəflərin ritorikası kompromisdən çox təzyiq siyasətinin ön planda olduğunu göstərir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki