ABŞ prezidenti Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı sərəncam imzalayıb. Vətəninfo.az xəbər verir ki, Tramp 350 milyon əhalisi olan ABŞ-ın sədrliyi dövründə ÜTT-yə hər il 500 milyon dollar, 1,4 milyard əhalisi olan Çinin isə cəmi 39 milyon dollar ayırdığını bəyan edib. “Mən bunun vicdansız olduğunu düşündüm. Təbii ki, səbəb bu deyildi, lakin biz ÜTT-dən ayrıldıq”, – Tramp bildirib.
O, həmçinin bəyan edib ki, ÜTT strukturdan çıxmamağı və Çinin ödədiyi qədər pul ödəməyi təklif edib. Tramp isə bu təkliflə razılaşmayıb, çünki onun fikrincə, ABŞ daha az ödəməlidir. O, həmçinin xatırladıb ki, Bayden dövründə ABŞ ÜTT-yə qayıdıb və hər il 500 milyon dollar vəsait ayırıb.