Tramp prezidentliyi dövründə Rusiya Ukraynaya təcavüz etsə və ya Çin Tayvanı işğal etsə, Moskva və Pekini bombalayacağını bəyan edib. Bu, onun kampaniyasının bəzi donorlarını təəccübləndirib. Vətəninfo.az xəbər verir ki, bu barədə The Washington Post yazır.
Bundan əvvəl ABŞ-ın ATƏT-dəki keçmiş daimi nümayəndəsi Ceyms Gilmor Tayvanda jurnalistlərə bildirib ki, Tramp təcridin tərəfdarı deyil, sadəcə olaraq müttəfiqləri öz müdafiələrinə daha çox diqqət yetirməyə məcbur etməyə çalışır.
“Mən inanıram ki, Tramp prezident olanda Tayvanı dəstəkləyəcək. O, bunu ilk prezidentlik müddətində edib”, – o, Reuters agentliyinə bildirib.