Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp transgenderləri hədəf alan sərəncam imzalayıb.
Ağ Evin saytında yerləşdirilən əmrdə Ədliyyə Departamentinə transgender tələbələrin qızların orta məktəblərində keçirilən atletika yarışlarında iştirakını qadağan etmək tapşırılıb.
Sərəncamın imzalanması mərasimində onlarla gənc idmançının əhatəsində Tramp deyib: “Qadın idmanına qarşı müharibə bitdi”.
“Mənim administrasiyam kişilərin qadın idmançıları əzməsinə və döyməsinə baxmayacaq”, – ABŞ prezidenti əlavə edib.
Sənəddə fərmanın bütün ölkə ərazisində dərhal icrası tələb olunur.