image-reklam-veteninfo
image-1backend

Trampı böyük oğlu əvəz edə bilər-  The Hill

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Amerikanın nüfuzlu “The Hill” nəşri 2028- ci ildə ABŞ prezidenti Donald Trampı əvəzləyəcək 7 namizədin siyahısını təqdim edib .

“Trampın böyük oğlu, kiçik Donald Tramp ötən həftə atası Ağ Evi tərk etdikdən sonra prezidentliyə mümkün namizədliyini istisna etməyəcəyinə eyham vurmuşdu”, – nəşr yazır.

Prezident Tramp daha əvvəl vitse-prezident J.D.Vans və dövlət katibi Marko Rubionun namizədliyinə eyham vurmuşdu.

“Düşünürəm ki, (Vance) fantastik, parlaq oğlandır”, – ABŞ prezidenti NBC telekanalına müsahibəsində deyib. – Marko gözəldir. Onların bir çoxu gözəldir. Mən də böyük birlik görürəm. “Ancaq əlbəttə ki, deyə bilərsiniz ki, kimsə vitse-prezident olduqda, o şəxs seçilərsə, düşünürəm ki, bu adam üstünlük qazanacaq.”

Digər namizədlər arasında daxili təhlükəsizlik naziri Kristi Noem və Florida, Virciniya və Corciya qubernatorları da var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki