image-1backend

Trampın qələbəsi milyarderlərə 64 milyard dollar gəlir gətirdi- Bloomberg

image-reklam_sirab_01

Dünyanın ən zəngin on adamının sərvətində Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra rekord artım qeydə alınıb.Vətəninfo.az xəbər verir ki , bu barədə Bloomberg dünya milyarderləri indeksinə istinadən xəbər verir.

Ümumilikdə milyarderlərin sərvəti 63,5 milyard dollar artıb. Gəlir artımı baxımından birinci yeri sərvəti 290,3 milyard dollara çatan iş adamı İlon Mask tutub. Onu sərvəti 228,3 milyard dollara çatan Amazon-un qurucusu Ceff Bezos izləyir. Amerikanın “Oracle” texnologiya şirkətinin direktorlar şurasının sədri Larri Ellisonun da gəlirləri artıb. Onun sərvəti 193,5 milyard dollara çatıb.

Bloomberg digər iş adamları arasında Bill Qeyts, Larri Peyc, Sergey Brin, Uorren Baffet və Stiv Balmeri də sadalayır. Nəşr qeyd edir ki, dünyanın ən varlı adamlarının qazanclarının böyük hissəsi ABŞ səhmlərinin artımı hesabınadır. Bu, Ağ Evə qayıdan Trampın daha aşağı vergiləri və daha az tənzimləməni təşviq edəcək proqram həyata keçirəcəyini təsdiqləyir.

Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində keçmiş prezident Donald Tramp ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının namizədi Kamala Harrisə tələb olunan 270 səsdən 295, Kamala Harris isə 226 səs toplayaraq qalib gəlib. Namizədlər seçicilərin müvafiq olaraq 50,8%-nin (72,5 milyon) və 47,5%-nin (67,8 milyon) dəstəyini qazanıb.   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image