ABŞ prezidenti Donald Trampın İrana maksimum təzyiq göstərmək cəhdi əvvəlki prezidentlik dövründə olduğu kimi uğursuzluqla başa çatacaq . Vətəninfo.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib .
SNN telekanalında o, Trampın Vaşinqtonun Tehrana maksimum təzyiqini bərpa edən sərəncam imzalamasını şərh edərkən deyib: “Maksimum təzyiq pis təcrübə idi və yenidən cəhd etmək növbəti uğursuzluğa səbəb olacaq”.